Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 17:56
Fransa Futbol Federasiyası PSJ-ni 700 min avro məbləğində cərimələyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun aylarında idman avadanlıqları aldığı firmaya ödənişi gecikdirdiyi üçün bu cəzaya məruz qalıb.
Klubun açıqlamasında isə cəzaya etiraz edildiyi, ancaq qəbul olunmadığını bildirib.
Qeyd edək ki, Fransada ödənişləri gecikdirən firma, qurum və şirkətlər 375 min - 2 milyon avro arasında cərimələnir.