Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 19:52
Tvitter "dövlət tərəfindən dəstəklənən hesablar" etiketləmə sisteminin əhatə dairəsini genişləndirib. Bu hesabın veriləcəyi ölkələr arasında Türkiyənin də olacağı öncədən məlum idi.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tvitter Prezident Rəcəb Tayyib Ərdoğan, prezidentin sözçüsü İbrahim Kalın, xarici işlər naziri Mevlut Çavuşoğlu və Fahrettin Altuna Türkiyə dövlət məmurları etiketini verib.
Bununla etiketlərin verildiyi ölkələrin sayı 21-ə çatıb. Yeni etiket sistemində digər ölkələrin də səlahiyyətliləri yer alıblar.
Qeyd edək ki, sonuncu qərarla Tvitter İran, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya, Türkiyə, Tayland, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, Honduras, Ekvador, Misir və Kuba kimi ölkələrin səlahiyyətli şəxslərinə dövlət hesabı etiketini paylayıb.