Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qar davam etsə, Premyer Liqada oyunlar təxirə salınacaq? - PFL-dən cavab

Qar davam etsə, Premyer Liqada oyunlar təxirə salınacaq? -  PFL-dən cavab

Tarix: 24 Fevral 2021 10:58

Fevralın 23-dən başlayaraq ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Paytaxt Bakıda uzun illər sonra yağan güclü qar müəyyən çətinliklər yaradıb, nəqliyyatın hərəkətini iflic edib.

Azərbaycan Premyer Liqasında 17-cı turunun bütün oyunları sabah (25 fevral) keçirilməlidir. 3 görüş Bakıda olduğundan oyunların təxirə salına biləcəyi fikri də yaranır.

Bununla bağlı Peşəkar Futbol Liqasının Mətbuat və  İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qol.az saytına açıqlamasında hazırda bu haqda bir fikr irəli sürülməyib.

"İndidən nəsə deyə bilmərik. Qar davam edərsə, oyun günü qərar veriləcək".

Qeyd edək ki, Bakıdakı matçlarda Masazırda "Sabah" "Keşlə"ni, Suraxanıda "Qarabağ" "Səbail"i, Zirədə isə eyni adlı klubla "Neftçi", Qəbələdə isə yerli komanda "Sumqayıt"la qarşılaşmalıdır.

Milli.Az


Etiketlər:  Qar davam etsə Premyer Liqada oyunlar təxirə salınacaq PFL dən cavab


RƏYLƏR