Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 17:36
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yoxsul ölkələr üçün vaksin əlçatanlığını təmin etmək məqsədilə hazırladığı "COVAX" proqramı çərçivəsində Afrika ölkələrinin vaksin tədarükü başlayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, bu proqramla vaksin tədarük edən ilk Afrika ölkəsi Qana olub. Hindistanda istehsal olunmuş "Astra/Zeneca" vaksinlərindən 600 min dozalıq partiya Qananın paytaxtı Akradakı hava limanına çatdırılıb.
ÜST-ə təşəkkürünü bildirən Qana rəsmiləri Afrika "COVAX" proqramı ilə vaksin əldə edən ilk ölkə olmaqdan məmnunluqlarını ifadə ediblər.