Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 20:52
5-18 fevral tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Təhsil Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, onlayn müsahibələrdə iştirak edən 2912 namizəddən 2715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.