Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 22:10
Ermənistanın Müdafiə Nazirliyi ölkədəki çox gərgin daxili siyasi vəziyyətlə bağlı bəyanat yayıb.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, Müdafiə Nazirliyi ölkədə dövlət çevrilişi etmək niyyətində olmadığını bəyan edib.
"Silahlı Qüvvələr adından bəyanatlar yaymaqdan çəkinməyə və ordunu siyasi proseslərə cəlb etməməyə çağırırıq. Silahlı Qüvvələr respublikanın təhlükəsizliyinin tam təminatı ilə bağlı funksiyalarını yerinə yetirməyə davam edir. Siyasi proseslərdən asılı olmayaraq xalqın və dövlətin maraqları naminə xidmət edirik. Müdafiə Nazirliyi və Silahlı Qüvvələr siyasətdən kənardır, müdafiə sahəsində islahatlar və modernləşdirmə istiqamətində addımlar atır", - sənəddə vurğulanır.