Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2021 09:32
Peru sahillərində 5,5 maqnitudalı zəlzələ olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 02.16 radələrində baş verən zəlzələnin ocağı Arekipa regionundan 81 km cənub-qərbdə, 9 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.