Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfeksiyalarla mübarizədə D vitamininin əhəmiyyəti böyükdür

İnfeksiyalarla mübarizədə D vitamininin əhəmiyyəti böyükdür

Tarix: 28 Fevral 2021 21:21

İmmunitet sisteminin möhkəmlənməsində D vitaminin çox böyük rolu var. Günəşin ultrabənövşəyi şüalarından alınan həmin vitaminə qış aylarında daha çox ehtiyac duyulur. Orqanizmdə D vitamini çatışmazlığı sızanaqlar, aritmiyalar, yüksək qan təzyiqi və göz yaşının axması ilə özünü büruzə verir. Eyni zamanda D vitamini çatışmazlığı həm də özünü yorğunluq, əzələ zəifliyi, bağırsaqda qıcıqlanma və şişkinliklə də göstərir. Həmin vitamin kalsium və fosfor mübadiləsi başqa olmaqla bir çox proseslərdə iştirak edir. Nevropatiya, immun çatışmazlığı xəstəliklərinin şiddətlənməsi, yuxu zamanı tənəffüsün dayanması və orqanizmdə allergiya olduğu hallarda D vitamininin səviyyəsini yoxlamaq lazımdır.

Sonxeber.net bildirir ki, həkim-terapevt Mətanət Cəfərova AZƏRTAC-a deyib: "İstər COVID, istərsə də digər viruslara qarşı mübarizədə D vitaminin çox böyük rolu var. Qanda D vitamini yüksək olanlarda həmin viruslara yoluxma riski çox az olur və yaxud yoluxma zamanı xəstəliyi yüngül formada keçir. D vitamini çatışmazlığı dəri quruluğu, saç tökülməsi, hədsiz tərləmə, tez yorulma, əzələ, oynaq sümük və barmaqlarda ağrı özünü göstərir".

Amerikalı alimlər araşdırma zamanı COVID-19-dan müalicə olunan 100 xəstənin qanındakı Omeqa-3 səviyyəsini müayinə ediblər. Onlardan 14-ü sonradan dünyasını dəyişib. Müəyyən edilib ki, qanda Omeqa-3 səviyyəsi nə qədər yüksəkdirsə, ölüm ehtimalı da bir o qədər azdır.

Müsahibimiz vitamin çatışmazlığını bərpa etməyin yolları barədə deyib: "Ev şəraitində pəncərədən və ya pərdə arxasından D vitamini qəbul etmək olmaz. Mümkün qədər açıq havada günəşin ultrabənövşəyi şüaları qəbul edilməlidir. Həftədə iki-üç dəfə balıqla qidalanmaq orqanizmi Omeqa-3-lə təmin etmək üçün kifayətdir. Eyni zamanda qoz, kətan toxumu, yumurta, göbələk və avakado Omeqa-3-lə zəngin qidalardır".

Pediatrlar Omeqa-3 yağının üç yaşına qədər uşaqlara dərman şəklində verilməməsini tövsiyə edirlər.

Mütəxəssislər bildirirlər ki, qış ayları olduğuna və sürətlə yayılan infeksion xəstəliklə mübarizə aparıldığına görə indi orqanizmin vitaminlərə ehtiyacı daha çoxdur. Ona görə də vitamin tərkibli qidalardan daha çox istifadə etmək məsləhətdir.


Etiketlər:  İnfeksiyalarla mübarizədə vitamininin əhəmiyyəti böyükdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ