Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çinin hazırkı çempionu fəaliyyətini dayandırdı

Çinin hazırkı çempionu fəaliyyətini dayandırdı

Tarix: 1 Mart 2021 17:10

Çin superliqasının hazırkı qalibi "Szyansu Sunin" klubu fəaliyyətini dayandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Məlumata görə, "Suning Commerce Group" şirkəti ona məxsus olan bütün klubların ləğvi barədə qərar verib. Sözügedən klubun aşağı yaş qrupları üzrə, həmçinin 2019-cu ildə qadınlar arasında çempion olan komadası da fəaliyyətini dayandırıb.

"Suning Commerce Group" elektronika satışı sahəsində ixtisaslaşıb. Milanın "İnter" klubu da onun tabeliyindədir. Məlumata görə, şirkət futboldakı digər bütün aktivlərini ləğv edərək bundan sonra əsas diqqətini məhz "İnter"ə yönəltmək niyyətindədir.

Xatırladaq ki, "Szyansu Sunin" 1994-cü ildə yaradılıb. 2015-ci ildə isə "Suning Commerce Group" klubu satın alıb.

Milli.Az


Etiketlər:  Çinin hazırkı çempionu fəaliyyətini dayandırdı


RƏYLƏR