Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Paşinyan dediklərini sübut etsin, ya da..." - Marukyan

Tarix: 2 Mart 2021 12:30

Ermənistanın müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan Baş nazir Nikol Paşinyandan dünən mitinqdə dedikləri haqqında sübut tələb edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Paşinyan dünən mitinq zamanı baş qərargah rəisi Onik Qasparyanın sabiq Ermənistan prezidenti Serj Sarkisyandan göstərişlər aldığını demişdi.

E.Marukyan Paşinyandan bu barədə dəlillər göstərməsini tələb edib.

"Baş nazir deyir ki, Qasparyan göstərişləri Sarkisyandan alır. Qoy Paşinyan dediklərini sübut etsin, dəlil göstərsin, ya da danışmasın", - partiya sədri bəyan edib.

Milli.Az


Etiketlər:  Paşinyan dediklərini sübut etsin ya da Marukyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ