Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2021 17:04
İsrailli həkimlər 5 günə 132 qazini müalicə ediblər
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, "Yaşat" Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir. 5 gün ərzində israilli həkimlər 132 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 28-ə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Vətən müharibəsi zamanı bir gözündən ağır yaralanan qazi Arif Hacıyevə göz bəbəyi köçürülüb. Uğurlu əməliyyat qazilərimizin müalicəsi məqsədi ilə ölkəmizə gələn 8 nəfərdən ibarət həkim heyəti tərəfindən edilib. Qazinin görmə qabiliyyəti tamamilə itmiş gözü indi 20% görür. Əməliyyata həkim Yişay Falik başçılıq edib.
5 gün ərzidə israilli həkimlər tərəfindən 134 qazimizin müayinəsi aparılıb. 22 nəfər əməliyyat olunub, 28-ə isə protez göz taxılıb.
''Yaşat'' Fondunun rəhbəri Elvin Hüseynov hazırda Türkiyədə müalicə alan qazilərimizdən danışıb. Bildirib ki, müalicəyə ehtiyacı olanların da türkiyəyə göndərilməsi planlaşdırılır
Xatırladaq ki, İsrailli oftalmoloqlardan ibarət nümayəndə heyəti "Yaşat" Fondunun təşəbbüsü, bu ölkənin Azərbaycandakı səfirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə gəlib.