Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2021 16:48
Qarabağ müharibəsində bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının gücünü gördü. Bu güc Qarabağda təhlükəsizliyi təmin edəcək.
Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. O bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır:
"Bu vətəndaşlığı istəməyənlər İrəvana gedə bilər. Kasıb Ermənistan vətəndaşı olmaq əvəzinə varlı Azərbaycan vətəndaşı olmaq onların xeyrinədir. Biz Ermənistanın yaxşı qonşu olmasını istəyirik. Onlar bu günə qədər dövlət ola bilmədi. Biz istəyirik ki, Ermənistan dövlət olsun və bizimlə danışıqlar aparsın, prezidentlərimizin uzatdığı əli sıxsınlar və onu öpsünlər. Bu əldə erməni xalqına veriləcək çörək var. Ona görə bu əlin qiymətini bilsinlər. Onlar Qarabağda terror təşkilatı yaratmaq istəyirlər bunun cavabını alacaqlar".
Hulusi Kılıç onu da qeyd edib ki, Qarabağdakı son sülhməramlı rus əsgəri getməyənədək türk zabitləri Azərbaycanda xidmət edəcək: "Ağdamda xidmət edən generallar və zabitlər Azərbaycanın əsgərləridir. Son rus əsgəri gedənə qədər bizim zabitlərimiz və generallarımız orada olacaq".