Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2019 20:04
Bakı. Trend:
"Barselona"nın "Audi" şirkəti ilə əməkdaşlığı sona çatıb.
Trend-in məlumatına görə, tərəflər arasında müqavilənin müddəti iyun ayının 30-da bitib. Bununla əlaqədar məşhur avtomobil konserni sponsorluq müddətində Kataloniya klubunun futbolçularına pulsuz verilən maşınların geri qaytarılmasını tələb edib. Futbolçuların nəzərinə çatdırılıb ki, Asiya toplanışından sonra avtomobillər "Audi" şirkətinə təhvil verilməlidir.
Qeyd edilir ki, "Barselona"lı oyunçuların səfər zamanı tez-tez rəqib şirkətlərin avtomobillərindən istifadə etməsi "Audi"nin narazılığına səbəb olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin