Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2021 11:36
"Space" TV-nin efirində yayımlanan Nurlan Rafiqoğlunun aparıcıs olduğu "Operativ Hissə" verilişi də fəaliyyətini dayandırıb.
Sonxeber.net bildirir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, bu qərarı televiziyanın direktoru vəzifəsini icra edən Kamil Şahverdiyev qəbul edib.
Direktor aparıcıdan öz "istəyi" ilə ərizə yazmasını xahiş edib.
Bir müddət öncə də, Füruzə Cəlilovanın aparıcısı olduğu "Günaydın Azərbaycan", Mikayıl Güləddinoğlunun aparıcısı olduğu "Sevimli Şou" və Mətanət Əliverdiyevanın aparıcısı olduğu "Hər Səhər Mətanətlə" verilişləri bağlanıb. M.Güləddinoğlu fəaliyyətini ARB telekanalında davam etdirir.
"Space"də verilişlərin bağlanmasından sonra prodüser, montajçı və müxbirlər ixtisara düşüb. İxtisarların davam edəcəyi bildirilir. Bu addım pandemiya dövründə atıldığı üçün narazılıq yaradıb.
Qeyd: Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl televiziyanın rəhbəri vəzifəsindən azad edilib.