Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu

Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu

Tarix: 9 Mart 2021 23:48

Yaşlaşdıqca qadınların dərilərində piqment ləkələri meydana gəlməyə başlayır. Piqmentləşmə qadınlarda əsasən 40 yaşından sonra meydana gəlməyə başlayır. Bəzi qadınlar üzün dərisin əmələ gələn piqment ləkələrinin qaraciyər xəstəlikləri səbəbindən baş verdiyini deyir. Amma, qadın orqanizmində menopauzaya yaxın dövlər onlarda bir çox patologiyaların əmələ gəlməsinə səbəb olur. Bu patologiyalar arasında dəridə əmələ gələn ləkələr də yer alır. Aşağıdakı vasitələrlə dərinə əmələ gələn piqment ləkələrdən xilas olmaq mümkün olur:
1. Təzə sıxılmış aloe şirəsi
Təzə sıxılmış aloe şirəsinin tərkibində olan kimyəvi birləşmələr dərini ölmüş toxumalarda xilas edir və yeni hüceyrələrin əmələ gəlməsinə səbəb olur. Uzun müddət üzün dərisinə təzə sıxılmış aloe şirəsi sürtmək dəridəki piqment ləkələrinin aradan qalxmasına səbəb olur.

2. Təzə sıxılmış limon şirəsi   
Gün ərzində bir-neçə dəfə üzü təzə sıxılmış limon şirəsi ilə silmək piqment ləkələrinin qısa müddətdə aradan qalxmasına səbəb olur. Buna səbəb isə limon şirəsinin tərkibində olan turşulardır.

3. Xren kökü
Janett Cekninin  "Dəriniz üçün ağıllı tibbi məsləhətlər" kitabında xren kökü, limon şirəsi, sirkə və rozmarin efir yağının qarışımından hazırlanmış məhlulun dəridəki piqment ləkələrinin aradan qaldırılmasında böyük rol oynadığı qeyd edilmişdir.

4. Perekis
3-5%-li perekis məhlulu ilə üzdəki ləkələrin üstünü gündə bir-neçə dəfə silmək piqment ləkələrinin aradan qalxmasına səbəb olur.
5. Ayran
Ayran üzdə ələmə gələn piqment ləkələrinin aradan qalxmasına səbəb olur. Bunun üçün gün ərzində bir-neçə dəfə üzə ayran sürtüb quruduqdan sonra ilıq su ilə yumaq lazımdır. Ləkələrin təmizlənməsinə səbəb isə ayranın tərkibində olan süd turşusu səbəb olur.


Etiketlər:  Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının sadə yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ