Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2021 19:56
Kanada hökuməti beş il ərzində ölkədə ictimai nəqliyyatın elektrikləşdirilməsinə 2,75 milyard Kanada dolları (2,17 milyard ABŞ dolları) məbləğində investisiya yatırmağı planlaşdırır.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, məmurların sözlərinə görə, söhbət digər təşəbbüslərə əlavə olaraq sıfır səviyyəli tullantılara malik çoxlu avtobusun alışından gedir. Bu səylər 14,9 milyard Kanada dolları (11,77 milyard ABŞ dolları) dəyərində daha böyük ictimai nəqliyyatın modernləşdirilməsi paketinin tərkib hissəsidir.
Mövcud proqramlar çərçivəsində artıq 300 ekoloji təmiz avtobus alınıb, lakin yeni təşəbbüs hökumətə yaxın 5 ildə daha 5 min avtobusun alınaraq istifadəyə verilməsi ilə bağlı məqsədə nail olmağa kömək edəcək. Hökumət ümid edir ki, bu addım "Nova Bus", "GreenPower" və "New Flyer" kimi Kanada avtobus istehsalçıları üçün yeni iş yerləri yaradacaq. Məqsəd hazırkı proseslərə əhəmiyyətli təsir göstərməkdir.