Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rekord dərəcədə soyuq fevral uzunmüddətli qlobal istiləşmə tendensiyasını dəyişmir

Rekord dərəcədə soyuq fevral uzunmüddətli qlobal istiləşmə tendensiyasını dəyişmir

Tarix: 12 Mart 2021 21:12

Bu ilin fevralında Şimali Amerika və Rusiyada havanın temperaturu son 30 ildəki orta göstəricilərdən xeyli aşağı, Arktikada, Afrikanın şimal-qərbində, Avropanın cənubunda və Çində isə orta göstəricilərdən çox yüksək olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Ekspertlər keçən fevralın 1989-cu ildən bəri ABŞ-da ən soyuq ay olduğunu müəyyənləşdiriblər. Belə ki, fevralın 15-16-da havanın temperaturu o qədər aşağı olub ki, bundan əvvəlki 69 antirekord yenilənib. Ən aşağı göstəricilər Sibirdə qeydə alınıb.

Bu ilin fevral ayındakı ekstremal hava temperaturu, ilk növbədə, "qəfil stratosfer istiləşmə" ilə əlaqələndirilir.

"Stratosfer istiləşmə Yerin şimal və cənub qütbləri ətrafında aşağı təzyiq və soyuq hava sahəsi olan qütb burağanının zəifləməsinə gətirib çıxarıb. Adətən kifayət qədər güclü olan bu küləklər Arktikada soyuq havanı saxlayırlar. Onların zəifləməsi soyuq havanın orta enliklərə, o cümlədən ABŞ-a, daha isti havanın isə Arktikaya keçməsinə imkan yaradır", - deyə ÜMT-nin ekspertləri izah edirlər.

Ekspertlər vurğulayırlar ki, iqlimin dəyişməsi səbəbindən fevral ayının soyuq keçməsi uzunmüddətli qlobal istiləşmə tendensiyasını ləğv etmir. Rekord dərəcədə aşağı temperatur getdikcə daha az, rekord dərəcədə yüksək temperatur isə, tez-tez qeydə alınır. ÜMT hesab edir ki, bu tendensiya gələcəkdə də davam edəcək.

Milli.Az


Etiketlər:  Rekord dərəcədə soyuq fevral uzunmüddətli qlobal istiləşmə tendensiyasını dəyişmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ