Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2021 11:50
Müğənni Zamiq Hüseynov ilə "Sivva"nın uzun zamandır hazırladığı "Dedilər"i təqdim olunub.
Sonxeber.net bildirir ki, bu günə kimi xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiqin bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sevinc xanımın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havası yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub. Zamiqin obrazı "truba" ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb. Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını Xalq Artisti Nübar Novruzova oynayıb.