Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2021 16:08
Gələn həftə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmir Azərbaycana səfər edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.
O bildirib ki, səfər çərçivəsində türkiyəli nazir azərbaycanlı həmkarı İnam Kərimovla görüşərək, Qarabağda kənd təsərrüfatının inkişafını müzakirə edəcəklər:
"Səfərin əsas məqsədi işğaldan azad edilən Azərbaycan torpaqlarında kənd təsərrüfatının inkişafıdır. Türk nazir Qarabağa meyvə ağaclarının fidanlarını gətirərək, orada meyvə bağı salacaq. Eyni zamanda, kənd təsərrüfatı ilə bağlı Azərbaycanla-Türkiyə arasında bir çox müqavilələr imzalanacaq".
S. Atak onu da qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında martın 1-dən qüvvəyə minən güzəştli ticarət əlaqələri azərbaycanlı iş adamları üçün böyük fürsətdir:
"Türkiyə 80 milyonluq geniş bir bazadır. Azərbaycanlı sahibkarlar Türkiyə bazarını yaxşı araşdırmalı və buranın standartlarını müəyyənləşdirməlidir. Bu məsələnin yeganə qaranlıq tərəfi isə məhsulların sertifkatı ilə bağlıdır. Bu problem həll edildikdən sonra Azərbaycan məhsullarının Türkiyə bazarına çıxması prosesində problem yaşanmayacaq. Həmçinin bundan sonra azərbaycanlılar da Türkiyə məhsullarını daha ucuz qiymətə əldə edə biləcəklər".