Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ xristianları ermənilərin vəhşiliyini qətiyyətlə qınadılar

Qarabağ xristianları ermənilərin vəhşiliyini qətiyyətlə qınadılar

Tarix: 15 Mart 2021 19:42

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanovun rəhbərliyi ilə Qarabağ ermənilərindən ibarət qrup Qarabağda erməni işğalı dövründə memarlıq və tarixi abidələrin dağıdılması ilə bağlı bəyanatla çıxış edib.

"Qarabağın azad olunan ərazilərinə Azərbaycan və əcnəbi jurnalistlərin, mədəniyət və incəsənət xadimlərinin çoxsaylı səfərləri bizdə qarışıq sevinc və nostalji hisslər doğurub", - bəyanatda deyilir.

"Lakin gördyümüz foto və videokadrlarda Qarabağda memarlıq və tarixi abidələrin pis vəziyyətdə olması bizi heyrətləndirdi. Xüsusilə, tamamilə dağıdılmış Ağdam şəhərində faciə və hörmətsizlik törədilib - erməni işğalı dövründə Qarabağ xanlarının və onların ailə üzvlərinin məzarları olan "İmarət" kompleksi dağıdılaraq təhqir olunub. XVIII əsrə aid bu inikal memarlıq kompleksinin dağıdılması, talanması və donuz damına çevrilməsi azmış kimi, həm də təhqir olunub - şairə Xurşidbanu Natəvanın məzarı açılaraq nəşi oğurlanıb. O, sonuncu Qarabağ xanın qızı, məşhur şairə və mesenat olub", - sənəddə qeyd olunur.

Sonxeber.net "İnterfaks-Azərbaycan"a istinadən bildirir ki, bəyanatda daha sonra deyilir: "Bizim əcdadlarımızın, Qarabağ xristianlarının, Qarabağ hökmdarları, müsəlmanlarla bilavasitə və qohumluq əlaqələri var. Biz anlamırıq, ümumiyyətlə bu cür təhqirə necə imkan verilib, bunu törədənlərin damarlarında bir qram qarabağlı qanının axdığına belə şübhə edirik. Ümumiyyətlə, insan olan kəslər bu cür əməllər törətmirlər, axı bu təhqiri törədənlərin bütün nəsli üçün lənət və Tanrı tərəfindən cəzalanma ilə nəticələnə bilər. Axı Natəvan xeyriyyəçiliklə məşğul olub, Şuşaya su çəkib, ermənilər də həmin suyu içiblər. Necə belə nankor olmaq olar? Natəvanın xeyriyyəçiliyi və onun yaradıcılıq irsi nəinki müsəlmanlara, həm də ermənilərə fayda gətirir. Axı bu bizim ümumi Qarabağ tariximizdir və bizim əcdadlarımız Qarabağ xanlarına və onların ailə üzvlərinin irsinə və xatirəsinə bu cür vəhşicəsinə münasibəti bağışlamayacaqlar".

"Qarabağ xristianları - Ağacanovlar, Yaxşıbəyovlar, Cəlalovlar, Doluxanovlar və s. nəsillər adından, Natəvanın məzarı, "İmarət" kompleksi və bütövlükdə Qarabağın bütün memarlıq abidələrinə qarşı vandallığı və vəhşiliyi qəti şəkildə qınayırıq. Əgər bizi, Qarabağın xristian-türklərini erməni millətçiləri Qarabağdan qovmasaydılar, biz bu cür barbarlıq, hörmətsizlik və rüsvayçılığa imkan verməzdik. Bu cür hörmətsizlik edənlər unutmasınlar ki, bu, onların nəsli, ailə üzvləri üçün rüsvayçılıq damğası olan çox ağır günahdır. Şübhə etmirik ki, bu hörmətsizliyi edənlər cəzalandırlacaqlar", - bəyanatda vurğulanır


Etiketlər:  Qarabağ xristianları ermənilərin vəhşiliyini qətiyyətlə qınadılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ