Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO

Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO

Tarix: 16 Mart 2021 08:14

Abşeron rayonunun Xırdalan şəhərində 3 avtomobil qəzaya uğrayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, yol qəzası Abşeron Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.

"Toyota" markalı nəqliyyat vasitəsi "Qazel" markalı maşını sağdan ötmə əməliyyatı edərkən yük avtomobilinə çırpılıb.

İdarəetmədən çıxan minik avtomobili yol kənarında hərəkətsiz dayanan "Volkswagen" markalı maşına da çırpılıb. Qəza nəticəsində "Toyota"da olan bir nəfər xəsarət alıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Etiketlər:  Abşeronda avtomobil yük maşınına çırpılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ