Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray''ın futbolçusunun çantası oğurlandı

''Qalatasaray''ın futbolçusunun çantası oğurlandı

Tarix: 16 Mart 2021 16:06

"Qalatasaray"ın futbolçusu Mostafa Mohamedin çantası oğurlanıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hadisə ötən həftə baş verib. 23 yaşlı hücumçu alış-veriş mərkəzinə gedib və orada içində pul qabı və sənədlərinin də olduğu çantası oğurlanıb. Daha sonra oradakı müşahidə kameralarına baxılsa da, hələ nə oğru taplıb, nə də çanta.

Xəbərdə sözügedən hadisə səbəbindən misirli futbolçunun millinin DÇ-2022-nin seçmə mərhələsindəki matçlarını buraxa biləcəyi də qeyd olunub. Oğurlanan çantanın içərisində oyunçunun xarici pasportu da olduğu üçün o, ölkəsinə səfər edə bilmir. Misir yığmasından dəvət gözləyən Mostafa passportu tapılmasa, oraya getməyəcək.

Qeyd edək ki, "Qalatasaray" Mostafa Mohamedi "Zamalek"dən icarəyə götürüb. Futbolçu bu mövsüm 8 matçda 6 qol vurub.


Etiketlər:  Qalatasarayın futbolçusunun çantası oğurlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ