Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SpaceX 160 milyon dollara ABŞ Müdafiə Nazirliyi üçün iki Falcon 9 raketi buraxacaq

SpaceX 160 milyon dollara ABŞ Müdafiə Nazirliyi üçün iki Falcon 9 raketi buraxacaq

Tarix: 16 Mart 2021 23:12

İlon Maskın SpaceX şirkəti ABŞ Müdafiə Nazirliyi ilə 160 milyon dollar dəyərində iki müqavilə imzalayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Pentaqon saytında məlumat verilib.

Şirkət hökumət üçün iki Falcon 9 buraxılışı həyata keçirəcək, qarşıdakı uçuşların mahiyyəti dəqiqləşdirilməyib. Hər iki müqavilənin dəqiq dəyəri 159,7 milyon dollardır. Missiyalar USSF-36 və NROL-69 adlanır və 2023-cü ilin sonuna kimi tamamlanacaq.

HƏMÇİNİN OXU: NASA İlon Maskın şirkəti ilə müqavilə imzaladı - SƏBƏB

Müqavilələrin ayrılıqda dəyəri göstərilmir. Uçuşlar iki nöqtədən həyata keçiriləcək: Kaliforniyadakı Vandenberg Hava Qüvvələri və Floridadakı Canaveral Hava Qüvvələri Bazasından.

Qeyd edək ki, bu, SpaceX-in Pentaqonla ilk müqaviləsi deyil. Əvvəlki müqavilə 2020-ci ilin oktyabrında imzalanmışdı.

Sonra dövlət raketlərin izlənməsi və peyklərin inkişafı üçün 149 milyon dollar, ilin sonunda Müdafiə Nazirliyi peyklərin buraxılması üçün daha 150 milyon dollar ayırdı.

Dövlət müqavilələrini alan tək şirkət SpaceX deyil. Qiyməti 224,2 milyon dollar olan daha iki buraxılış United Launch Services-ə (Boeing və hərbi sənaye şirkəti Lockheed Martin-in ortaq təşəbbüsü) göndərilib. Bu missiyalar usə USSF-112 və USSF-87 adlanır və Colorado-dakı Centennial-dan və Florida-dakı Canaveral Cape-dən başlayacaq.

Milli.Az


Etiketlər:  SpaceX 160 milyon dollara ABŞ Müdafiə Nazirliyi üçün iki Falcon 9 raketi buraxacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ