Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 23:44
Huawei EMUI və Magic UI istifadəçi interfeysləri üçün Mart 2021 təhlükəsizlik yeniləməsini yayımlayıb. Bununla 2 kritik, 13 yüksək və 132 orta olmaqla ümumilikdə 147 təhlükəsizlik xətası aradan qaldırılıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Huawei, düzəldilmiş səhvləri ətraflı izah edib. Həmçinin kənar şəxslərin cihazı idarə edə biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilib ki, telefonu ən son proqram versiyasına yeniləmək üçün "Parametrlər> Sistem> Proqram" ardıcıllığı ilə keçid etmək lazımdır. Buradakı "yenilənmələri yoxlayın" düyməsini vurduqda telefon avtomatik yeniləmə prosesinə başlayacaq.
Şirkət yenilənmə ilə aradan qaldırılan kritik səhvləri aşağıdakı kimi sadalayıb:
-CVE-2021-22322: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 11.0.1, EMUI 11.0.0, EMUI 10.1.1, EMUI 10.1.0, EMUI 10.0.0, Magic UI 4.0.0, Magic UI 3.1.1, Magic UI 3.1.0, Magic UI 3.0 .0. Bu boşluq məlumatların məxfiliyinə zərər verir.
-CVE-2021-22317: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 11.0.1, EMUI 10.1.1, EMUI 10.1.0, EMUI 10.0.0, EMUI 9.1.1, EMUI 9.1.0, Magic UI 3.1.1, Magic UI 3.1.0, Magic UI 3.0. 0 , Magic UI 2.1.1
-CVE-2021-22316: Təsirinə əsasən bu versiyalar məruz qalıb: EMUI 10.1.0, EMUI 10.0.0, EMUI 9.1.1, EMUI 9.1.0, Magic UI 3.1.0, Magic UI 3.0.0, Magic UI 2.1.1. Bu boşluq cihazın məlumat təhlükəsizliyi ilə yanaşı, funksional istifadəsini də poza bilər.