Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Smartfonlar üçün yeni “Google Chrome” brauzeri öz sistem tələbləri ilə təəccübləndirib

Smartfonlar üçün yeni “Google Chrome” brauzeri öz sistem tələbləri ilə təəccübləndirib

Tarix: 17 Mart 2021 15:33

"Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün "Chrome" brauzerinin yeni versiyası bir çox cihazlar üçün əlçatmaz olacaq. Sistemə olan tələblər haqqında "Google"un rəsmi bloqunda məlumat verilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, tərtibatçılar tərəfindən hazırlanan brauzerin 64 bit versiyası işləmə sürətini və sabitliyi yüksəldəcək. Lakin "Chrome 89" versiyası öz işi üçün ən azı 8 QB əməli yaddaş və "Android" sisteminin 10-cu versiyasını tələb edəcək. Başqa sözlə, yeni brauzer yalnız qabaqcıl smartfonlarda əlçatan olacaq.

 

"Google Play" proqramlar mağazasında brauzerin yeni versiyası yalnız qurğuları tələblərə uyğun gələn istifadəçilərə əlçatan olacaq.

 

Emil Hüseynov




Etiketlər:  Smartfonlar üçün yeni Google Chrome brauzeri öz sistem tələbləri ilə təəccübləndirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ