Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstan Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

Gürcüstan Prezidentinə “AstraZeneca” peyvəndi vurulub

Tarix: 18 Mart 2021 13:28

Gürcüstan Prezidenti Salome Zurabişviliyə yeni növ koronavirus (COVID-19) əleyhinə "AstraZeneca" peyvəndi vurulub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, S. Zurabişvili COVID-19-a qarşı Tbilisi İnfeksion Xəstəliklər xəstəxanasında peyvənd olunub.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. İlkin mərhələdə yalnız səhiyyə işçiləri peyvəndlənir. İndiki mərhələdə 2 719 həkim peyvənd edilib. Vaksinasiya prosesində martın 13-də ölkəyə gətirilən "AstraZeneca" peyvəndlərindən istifadə edilir.


Etiketlər:  Gürcüstan Prezidentinə AstraZeneca peyvəndi vurulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ