Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 16:12
Bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına əcnəbi azarkeşlər buraxılmayacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu haqda oyunların Təşkilat Komitəsi məlumat yayıb. Buna səbəb koronavirus pandemiyasının geniş yayılmasıdır. Ölkəyə gələn əcnəbilər yarışlara bilet ala bilməyəcəklər. Artıq bilet almış şəxslərin pulları isə hesablarına geri qaytarılacaq.
Qeyd edək ki, Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.