Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan satıcıya ibrətamiz sözlər - VİDEO

Ərdoğandan satıcıya ibrətamiz sözlər - VİDEO

Tarix: 21 Mart 2021 10:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Taksim meydanında vətəndaşlarla görüşüb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, dövlət başçısı bu əsnada yaxınlıqdakı səyyar satıcıdan şabalıd və qarğıdalı alıb.

Satıcının etirazına baxmayaraq, Ərdoğan ödəniş edib.

"Olmaz, haqqın mənə keçərsə, nə edərəm? Haqqını halal et! Mən əl öpdürmürəm. Ananın əlini öp, babanın əlini öp, ananın bir də ayağının altını öp", - deyə prezident satıcıya bildirib.

Daha sonra Ərdoğan aldığı şabalıd və qarğıdalını vətəndaşlarla da bölüşüb.


Etiketlər:  Ərdoğandan satıcıya ibrətamiz sözlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ