Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aruşanyandan ETİRAF: ''GPS sistemi göstərdi ki, bura Azərbaycanın ərazisidir''

Aruşanyandan ETİRAF: ''GPS sistemi göstərdi ki, bura Azərbaycanın ərazisidir''

Tarix: 21 Mart 2021 23:32

Zəngəzur bölgəsində sərhədlərin dəqiqləşdirilməsi prosesinin gedişi ilə bağlı növbəti açıqlama yayılıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Gorus şəhərinin meri Aruş Aruşanyan bunları söyləyib: "Hazırda sərhədin delimitasiyası qismən başa çatıb, biz prosesin 100 faiz yekunlaşdığını deyə bilmərik".

Onun sözlərinə görə, işin gedişində cari problemlər ortaya çıxır, yenə də hansısa danışıqlar aparılır, həmin ərazinin sahibinin hansı tərəf olması müəyyənləşdirilir. Mer Azərbaycanın Xndzoresk (tarixi Xınzirək kəndi-M.) kəndi tərəfə bir neçə metr irəliləməsi iddiası ilə bağlı etdiyi müraciəti də xatırladıb.

"Bəli, belə fakt var. GPS sistemi yenə göstərdi ki, bura onların ərazisidir və onlar irəli gəliblər",- Aruşanyan etiraf edib.

Gorus meri hakimiyyətdən şikayətlənib. Onun sözlərinə görə, səlahiyyət sahibləri nə baş verdiyinə aydınlıq gətirmir.


Etiketlər:  Aruşanyandan ETİRAF sistemi göstərdi bura Azərbaycanın ərazisidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ