Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dendroterapiya: ağaclarla müalicə - Hansı xəstəliklərdə effektivdir?

Dendroterapiya: ağaclarla müalicə - Hansı xəstəliklərdə effektivdir?

Tarix: 24 Mart 2021 22:48

Meşə ağacları ilə müalicə hələ qədim kelt tayfaları dövründən məlum idi. Druidlər ağaclara müqəddəs canlı kimi yanaşır, itaət edir və çoxsaylı ağacların arasından ən qədimlərini, güclülərini müalicə məqsədilə istifadə edirdilər.

Milli.Az xəbər verir ki, müasir elm də bir sıra elmi tədqiqatlarla ağacların bir sıra müalicəvi təsirinin olmasını sübut edib. Onların vasitəsilə stress və depressiyadan çıxış imkanları araşdırılıb.

Ağaclar ağrıları götürür, psixoloji durumu düzəldir, sinirləri sakitləşdirir, hormonal, ürək-damar sistemini bərpa edir.

Ağaclar insana energetik təsiri baxımından 3 hissəyə bölünür: neytral, müsbət və neqativ təsir edən.

Energetik vampir deyilən bəzi ağaclardan qorxmaq lazım deyil. Onlar sağlam insanın enerjisini sovursa da, bəzi xəstəlikləri, ağrını, neqativ enerjini də xəstə adamdan elə çəkir.

Hansı ağac nədə faydalıdır?

Ağcaqovaq ağacı - baş ağrılarını götürür. Vampir ağacdır, onunla çox kontaktda olmaq olmaz.

Şam ağacı, qovaq, əncir ağacları da vampirlərdir. Qədimdə ona görə əncir ağacının altında yatmaq olmaz deyib babalarlmız.

Donor, yəni müsbət enerji verən ağaclar - cökə, palıd, şabalıd, akasiya, ağcaqayın, kalina ağacı

Energetik vəziyyəti normaya gətirmək, güc yığmaq, sağalmaq üçün bu ağaclardan birini tapıb, onu qucaqlamaq, bütün bədəni ağaca söykəmək və 10-15 dəqiqə belə dayanmaq lazımdır.

Müalicə vaxtı: səhər tezdən və axşam tərəfi 17-18:00 arasıdır.

Ağcaqayın - Tozağacı - vegetativ distoniya, nevroz, zökəm, stress, soyuqdəymə zamanı təsirlidir. Güc verir

Palıd - təzyiqi normallaşdırır, beyin, əqli fəaliyyətə təsir edir. İmmun sistemi gücləndirir, iltihabı söndürür

Şabalıd - stres, yuxusuzluğa qarşıdır, revmatizm ağrılarını azaldır

Eldar şamı ağacı - öskürəyə qarşıdır, sakitləşdirir.

Fıstıq - qan dövranı artırır, stresi götürür

Ən yaxşı müalicəvi ağac öz bağında özünüz və ya dədə-babanızın əlləri ilə əkdiyi ağacdır.

Olmasa yaxınlıqdakı meşə, parkda özünüzə uyğun ağac tapın. Ona yaxınlaşıb, əvvəlcə ovuclarınızı gövdəsinə qoyub, ondan müalicə üçün icazə və dəstək istəyin.

Müalicədən sonra ona fikrən təşəkkür etməyi unutmayın. Əgər bir iki seansdan sonra özünüzü yaxşı hiss etsəniz, deməli ağacınızı tapmısız, bu metod sizə yaxşı təsir edir, davam edin. /medicina.az

Milli.Az


Etiketlər:  Dendroterapiya ağaclarla müalicə Hansı xəstəliklərdə effektivdir


RƏYLƏR