Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu virus koronavirusa ''GÖZ VERİR, İŞIQ VERMİR''

Bu virus koronavirusa ''GÖZ VERİR, İŞIQ VERMİR''

Tarix: 26 Mart 2021 19:36

Soyuqdəyməyə səbəb olan rinovirus yeni tip koronavirusa qalib gələrək hüceyrə qapılarını bağlayır.

Sonxeber.net xəbər verir ki, Şotlandiyanın Qlazqo Universitetinin Virus Araşdırma Mərkəzinin alimləri soyuqdəyməyə səbəb olan rinovirusun COVID-19-u kölgədə qoyduğunu bildiriblər:

"Qısa müddətə olsa da, rinovirus COVID-19-u qovur. Ən eqoist viruslardan biri olan qrip insanı tək-tək yaxalayır".

Elmi qrup eyni növ hüceyrələrdən ibarət ağız hava yolları astarının bir kopiyasından istifadə edərək onu tanınmış "SarsCoV-2" və rinovirusuna bulaşdırıb. Rinovirus və "Sars-CoV-2" eyni anda ağız hava yolları astarının kopiyasına salınıb. Hüceyrələrə daxil olan rinovirus "qapıları" koronavirusa bağlayaraq ona qalib gəlib.

Mütəxəssislər bildiriblər ki, bundan əvvəl də bənzər hadisələr görünüb. Belə ki, bəlkə də rinovirus qripi Avropanın bəzi bölgələrində 2009-cu ildə yaşanan donuz qripi epidemiyasını da gecikdirib. (publika.az)


Etiketlər:  virus koronavirusa GÖZ VERİR İŞIQ VERMİR


RƏYLƏR