Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk professordan HƏYƏCAN TƏBİLİ - Britaniya ştammının uşaqlara DƏHŞƏTLİ TƏSİRİ

Türk professordan HƏYƏCAN TƏBİLİ - Britaniya ştammının uşaqlara DƏHŞƏTLİ TƏSİRİ

Tarix: 26 Mart 2021 21:18

COVID-19 pandemiyasına qarşı mübarizənin davam etdiyi bir müddətdə virus mutasiyaya uğradı və yoluxma sayının artmasına səbəb oldu. Britaniya ştammının uşaqlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı isə ən çox müzakirə olunan mövzudur.

Sonxeber.net xəbər verir ki, türkiyəli professor, uşaq xəstəlikləri üzrə mütəxəssis Vefik Arıca mutant virusun uşaqlara ciddi təsir etdiyini bildirib.

Onun sözlərinə görə, xüsusilə 8-12 yaş aralığında uşaqlarda da çox rast gəlinən Britaniya ştammı müxtəlif simptomlarda özünü biruza verir.

V.Arıca qeyd edib ki, uşaqlarda yeni ştammın əlamətləri yüksək hərarət, qarın ağrısı, ishal, qusma, maye itkisidir. Hətta ölüm halları da yaşana bilər. Professor bu səbəbdən hər kəsi qaydalara əməl etməyə çağırıb:

"Mutant virus Türkiyədə yolxumaları iki dəfə artırdı. 8-12 yaşlı uşaqlarda yolxumadan 4-6 həftə sonra "MİS-C" adlandırdığımız xəstəlik ortaya çıxa bilər. 15 yaşınadək uşaqlar virusu ağır keçirmirlərsə, xüsusilə ciyərləri təsir görməyibsə və reanimasiyon vəziyyət yaranmayıbsa, onlara dərman qəbul etmələri məsləhət görülmür. Əgər uşaqlar xəstəxanaya yerləşdirilibsə, vəziyyətləri ağırdırsa və 4-6 həftə sonra "MIS-C" xəstəliyinə tutularsa, onlara xüsusi koronavirus dərmanları verilə bilər", - professor qeyd edib. (publika.az)


Etiketlər:  Türk professordan HƏYƏCAN TƏBİLİ Britaniya ştammının uşaqlara DƏHŞƏTLİ TƏSİRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ