Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad edilmiş ərazilərə keçməyə cəhd edən 2 nəfər saxlanıldı

Azad edilmiş ərazilərə keçməyə cəhd edən 2 nəfər saxlanıldı

Tarix: 29 Mart 2021 10:58

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu "Mercedes" markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.


Etiketlər:  Azad edilmiş ərazilərə keçməyə cəhd edən nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ