Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 10:06
ABŞ-da qaradərili Corc Floydun boğaraq öldürən polis əməkdaşının məhkəməsi başlayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, polisin 40 ilə qədər həbs cəzası ala biləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ tarixində qaradərilini öldürdüyünə görə hakim qarşısına çıxarılan ilk polisdir. Belə ki, hadisə 2020-ci ilin 25 mayında qeydə alınıb. Polis əməkdaşı Derek Şauvin Minnesota ştatında saxta 20 dollarlıq əskinasla siqaret almaq istəyən Floydu saxlayıb. Onların arasında yaranan mübahisə ölümlə nəticələnib. Derek adlı ağdərili polis işçisi Corc Floydu həbs edərkən diziylə boynunu sıxıb və bu onun ölümünə səbəb olub.
Bundan sonra ABŞ-da və bir neçə ölkədə qaradərililərin polis tərəfindən zorakılıqla öldürülməsi iğtişaşla qarşılanmışdı.