Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya lokdaundan sonra tədricən normal həyata qayıdır

Britaniya lokdaundan sonra tədricən normal həyata qayıdır

Tarix: 30 Mart 2021 12:00

Britaniya bu gündən tədricən lokdaundan çıxmağa başlayır.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, İngiltərə sakinlərinə 6 nəfərlik qrupla görüşməyə icazə verilir. Ancaq bu, açıq havada mümkündür: qonaq getmək və müəssisələrdə görüşmək hələ də qadağandır.

İki həftə sonra qeyri-ərzaq dükanları və xidməti sahələr açılacaq, mayın ortalarında isə müəssisələrdə görüşməyə icazə veriləcək. Bundan başqa, may ayında beynəlxalq səfərlər gözlənilirdi, ancaq bu müddət avqusta qədər təxirə salınıb.

Həmçinin, sakinlərin həssas qrupuna - həkimlərə, 70 yaşdan yuxarılara və risk qrupunda olanlara əlavə müdafiə barədə qərar verilib: sentyabr ayında onlar vaksinin üçüncü -gücləndirilmiş dozasını vurduracaqlar.


Etiketlər:  Britaniya lokdaundan sonra tədricən normal həyata qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ