Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Ordusunun giziri dəfn olunub - FOTO

Azərbaycan Ordusunun giziri dəfn olunub - FOTO

Tarix: 31 Mart 2021 11:48

Martın 30-da Xocavənd rayonu ərazisində göldə boğularaq dünyasını dəyişən hərbçi bu gün dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, gizir Heydər Əliyev doğulduğu Sabirabad rayonunun Bala Həşimxanlı kəndində torpağa tapşırılıb.

H. Əliyevin Vətən müharibəsində Füzulidən Laçın və Şuşaya qədər ağır döyüş yolu keçdiyi bildirilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, martın 30-da Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtı göldə çimməyə cəhd göstərən Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əliyev Heydər Rövşən oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Azərbaycan Ordusunun giziri dəfn olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ