Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 17:24
Masallı rayonunda 16 yaşlı qıza toya etmək istəyən valideynlər polis şöbəsinə gətirilib.
Sonxeber.net bildirir ki, Masallı rayon icra başçısının birinci müavini Məmmədhüseyn Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Sığınacaq kəndində 2005-ci il təvəllüdlü qız və 1990-cı il təvəllüdlü oğlan üçün valideynləri toy etmək üçün hazırlıq görüblər:
"Toy mərasiminin bu gecə keçirilməsi planlaşdırılıbmış. Bizim məlumatımız əsasında polis əməkdaşları da hadisə yerinə cəlb olunub. Hər iki şəxsin valideynləri polis şöbəsinə gətirilib".
Məlumata görə, qızın bir ay əvvəl 16 yaşı tamam olub.
Qeyd edək ki, bu barədə ilk məlumatı cenub.az saytı yayıb.