Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2021 09:06
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciəti zamanı aprelin 3-dən etibarən ölkənin bütün bölgələrində sərt karantin rejiminin tətbiq ediləcəyini elan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, rejimə uyğun olaraq, bütün təhsil müəssisələri üç həftə bağlanacaq.
Axşam saat 19:00-dan səhər 6:00-a qədər komendant saatı qüvvədə olacaq. Gələn həftədən bölgələr arası səyahətlər qadağan ediləcək. Şəhər sakinlərinə evlərindən 10 km-dək uzaqlaşmasına icazə verilir.
Qeyd edək ki, prezidentin fərmanına əsasən, məhdudlaşdırıcı tədbirlərin əməl olunmasına ciddi nəzarət ediləcək.