Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan yenə rüsvay oldu - Rusiyaya belə nökər lazımdır?

Ermənistan yenə rüsvay oldu - Rusiyaya belə nökər lazımdır?

Tarix: 1 Aprel 2021 10:09

Ermənistanın bütün istiqamətlərdə sabotaj və destruktiv siyasəti iflasa uğramaqda davam edir. Rəsmi İrəvan bu gün nəinki daxildə müxtəlif qütblərə parçalanıb, hətta xarici siyasəti də ciddi şəkildə nüfuz, hörmət problemi ilə üz-üzədir. Ermənistan başladığı heç bir siyasi kampaniyanı sonadək çatdıra bilmədiyi kimi Ukraynaya qarşı cəhdi də boşa çıxdı. Belə ki, Ermənistan ATƏT-in büdcəsinin, habelə ATƏT-in Ukraynadakı Xüsusi Nəzarət Missiyasının qəbulu prosesini əngəlləməyə cəhd edib. Desək ki, 44 günlük müharibə dövründə onu bataqlıqdan xilas etmək üçün yardım əli uzatmayan ölkələrlə Ermənistan birmənalı şəkildə münasibətlərini korlamağı gözə alıb, inandırıcı olmaz.

Bəs üzərindən 4 ay keçməsinə baxmayaraq özünü hələ də toparlaya bilməyən Ermənistanı II Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyünə dəstəyini gizlətməyən Vladimir Zelenskinin idarə etdiyi hökümətə açıq savaş açmasının səbəbi nədir?

Ermənistan son günlər bütün vasitələrlə Rusiyanı inandırmağa çalışır ki, biz sənin ən etibarlı tərəfdaşın, ən sadiq nökərinik. Bununla da Ermənistan Rusiyanın dəstəyi ilə tez bir zamanda toparlanmaq, 44 günlük savaşın vurduğu ağır nəticəni aradan qaldırmaq üçün heç şeytanın da ağlına gəlməyəcək müxtəlif gedişlər üzərində düşünür. Bu da növbəti ermənisayağı gedişlərdən biri olar. Çünki hazırda faktiki olaraq Rusiyanın müstəmləkəsi olan Ukraynanın Donbas regionunda son günlər baş verən gərginlik, rəsmi Kiyevin Azərbaycanın Vətən Müharibəsindən sonra separatçıları ərazisindən qovmaq sevdasının artması şimal qonşumuzu artan təzyiqlər fonunda narahat etməyə başlayıb. Məhz belə bir məqamdan istifadə edən Nikol Paşinyan Qərbin nağıllarına uymadığını, istənilən halı ilə Rusiyanın yanında olduğunu göstərməklə planlarını həyata keçirmək üçün Moskvadan lazımı dəstəyi almaq haqda düşünür. Çünki Paşinyan Rusiya ilə əməkdaşlığın alternativi olmadığını anladığı təəssüratını yaratmaq istəyir. Bir neçə gün öncə erməni baş nazir çıxışı zamanı Ermənistan-Rusiya birgə ordu qruplaşmasının yaradılmasının vacibliyini qeyd etdi. 

"GALLUP International Association" beynəlxalq mərkəzinin İrəvan ofisinin Ermənistanda keçirdiyi son sorğunun nəticələri də yeni parlament seçkilərinə hazırlaşan Paşinyanın manevrini Rusiyanın vassalı olması istiqamətində dəyişməsinə səbəb olacaq kimi görünür. Mərkəzin İrəvan ofisi "Ermənistan hansı ölkə və qurumlarla müttəfiqliyi gücləndirməlidir?" sualına cavab axtarıb. Rusiya sorğuda mütləq lider olub. Ermənilərin 62.9 faizi Ermənistanın Rusiya ilə müttəfiqliyi gücləndirməyi lazım biliblər. Paşinyan da yeni seçkilərdə qələbəsini sığortalamaq üçün indidən xalqın çoxluğunun istəyinə uyğun şəkildə qərarlar verməyə başladığını göstərir. 

Bu planının baş tutması üçün Ermənistan ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin və missiyasının daha bir illiyinə - 31 mart 2022-ci ilədək uzadılmasına əngəl törətməyə cəhd göstərərək rəsmi Moskvaya sadiqliyi göstərib əla qiymət almaq istədi. Əgər rəsmi İrəvanın Ukraynaya qarşı yönəlmiş bu cəhdi baş tutsaydı, ATƏT üçün olduqca mühüm əhəmiyyətli, 100 milyon avrodan çox büdcəsi olan və 1000-dən çox əməkdaşın iştirak etdiyi missiya aprelin 1-dən fəaliyyətini dayandıra bilərdi.

Ermənistan bununla bir daha xarici siyasətlərinin işğalçılıq üzərində qurulduğunu, başqa bir dövlətə qarşı ərazi iddiasının xarici siasətinin əsas sütunu olduğunu, öz məqsədləri üçün istənilən destruktiv addımı sınaqdan keçirməyə hazır olduğunu nümayiş etdirmiş oldu. Hayların bu addımları ATƏT-də və Ukraynada haqlı narahatlıq və narazılıq doğurdu. Çünki missiyanın fəaliyyətini məhz indi - Donbasda hərbi vəziyyətin gərginləşdiyi və tərəflər arasında toqquşma ehtimalının artdığı bir vaxtda dayandırması çətin vəziyyət yarada bilərdi. Təsadüfi deyil ki, Ukrayna XİN-i bildirmişdi ki, ATƏT-in missiyası olmadan Donbasda atəşkəsə dair Minsk sülh razılaşmalarının şərtlərinin təmin olunması çətinləşəcək. Amma həmişə olduğu kimi, bu dəfə də Ermənistanın beynəlxalq təşkilatlarda ciddi nüfuz və çəkiyə malik olmadığı sübuta yetdi - rəsmi İrəvan qısa müddət "müqavimət" göstərə bildi və martın 31-də missiyanın büdcəsi və mandatı təsdiqləndi. 

Təhməz Əsədov


Etiketlər:  Ermənistan yenə rüsvay oldu Rusiyaya belə nökər lazımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ