Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək xəstəliyi, diabetə... - Hamiləlikdə qəhvə içməyin körpəyə ziyanı

Ürək xəstəliyi, diabetə... - Hamiləlikdə qəhvə içməyin körpəyə ziyanı

Tarix: 1 Aprel 2021 22:48

Hamiləlik dövründə qəhvə içmək gələcəkdə körpənin sağlamlığına problem yarada bilər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə "Eunice Kennedy Schaefer" Milli Uşaq Sağlamlığı və İnsan İnkişafı İnstitutunun alimləri araşdırma aparıblar.

Tədqiqatçılar 8-13 həftəlik hamilə olan 2000-dən çox qadının məlumatlarına baxıblar. Bir qrupa gündə yarım fincan qəhvə içməyə icazə verilib, digərləri qəhvə istehlak etməyiblər.
Birinci qrupdakı qadınların dünya gətirdikləri uşaqların digərlərindən 66 qram daha yüngül olduqları ortaya çıxıb.
Alimlərin fikrincə körpənin aşağı doğum ağırlığı yetkin yaşda obezlik, ürək xəstəliyi və diabetə səbəb ola bilər.
Hamiləlik dövründə az miqdarda qəhvənin içilməsi belə fetal böyümə geriliyinin inkişafına kömək edə biləcəyi deyilir.


Etiketlər:  Ürək xəstəliyi diabetə Hamiləlikdə qəhvə içməyin körpəyə ziyanı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ