Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2021 12:34
Şəhid Elbrus Hüseynov ölümündən sonra üç medalla təltif olunub
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Murovdan başlayan döyüş yolu, Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərlə sona çatdı....
Vətəni ailəsindən, hətta öz canından əziz tutan şəhid Elbrus Hüseynovdan danışacağıq. Əslən Kəlbəcərdən olan şəhidimiz Göygöl rayonunda doğulub boya-başa çatmışdı. Bəlkə də Kəlbəcərdən olub, oranı görə bilməmək, valideynlərinin ürəyində yaranan vətən qubarı, onu, hərbçi olmağa vadar etdi. Son damla qanına qədər Vətəninin azadlığı uğrunda vuruşdu. Oğlunun şəhid olacağı atasının ürəyinə dammışdı.
Torpaq uğrunda şəhid olmazsa Vətən olmaz deyir şəhid anası. Evin bir oğlu olmasına baxmayaraq qəhramanlıqla Azərbaycanın müdafiəsinə qoşulur.
44 günlük Vətən müharibəsinin qəhramanı olan Elbrusun iki qız övladı yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentin sərəncamı ilə Elbrus Hüseyinov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.