Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvanın yeni avtomobil bazarında alıcılıq qabiliyyəti 26 faizdən çox azalıb

Litvanın yeni avtomobil bazarında alıcılıq qabiliyyəti 26 faizdən çox azalıb

Tarix: 2 Aprel 2021 21:30

Bu ilin yanvar-mart aylarında Litvada təxminən 8,6 min yeni minik avtomobili qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,6 faiz azdır (11,7 min ədəd).

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təkcə ötən ay yeni minik avtomobillərinin qeydiyyatı 35,1 faiz artaraq təqribən 3,5 minə yüksəlib. Keçən ilin mart ayında isə təxminən 2,6 min yeni minik avtomobili qeydiyyatdan keçmişdi.

Bildirilib ki, cari ilin mart ayında Litvanın yeni avtomobil bazarında "Fiat" markası liderlik edib. "Toyota" ikinci yerdə qərarlaşıb, üçüncü yeri isə "Volkswagen" tutub.


Etiketlər:  Litvanın yeni avtomobil bazarında alıcılıq qabiliyyəti faizdən çox azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ