Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət Əliverdiyeva işdən çıxarıldı

Mətanət Əliverdiyeva işdən çıxarıldı

Tarix: 3 Aprel 2021 11:20

Aparıcı Mətanət Əliverdiyeva "Space" telekanalı ilə yollarını ayırıb. O, bundan sonra MTV-də çalışacaq.

Sonxeber.net xəbər verir ki, bu haqda aparıcı axşam.az-a açıqlamasında deyib.

O bildirib ki, fərqli bir şou hazırlayır:

"Qonaq tək gəlib mahnı oxuyub getməyəcək. Rubrikalar, süjetlər edəcəyik. Əsl axşam şousu hazırlayırıq. Adı "6/8"dir. Həm saat 6-dan 8-ə kimi yayımlanacaq, həm də bizim milli ritmimizdir".

Qeyd edək ki, M.Əliverdiyeva ATV telekanalı ilə yollarını ayırdıqdan sonra "Space"də işə başlamışdı. Onun kanalda fəaliyyəti bir neçə həftə çəkib.


Etiketlər:  Mətanət Əliverdiyeva işdən çıxarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR