Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tonoyan “İskəndər”lə bağlı sualdan qaçdı

Tonoyan “İskəndər”lə bağlı sualdan qaçdı

Tarix: 3 Aprel 2021 11:50

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etməsi ilə bağlı suala cavab verməyib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Tonoyanın Şuşaya "İskəndər" atılması ilə bağlı suala cavabı belə olub:

"Mən dövlət sirrini açıqlamaq niyyətində deyiləm. Müharibənin gedişi və nəticələri araşdırıldıqdan sonra bütün sualları cavablandıracağam. Araşdırmalarda iştirak etməyə hazıram".

Tonoyan keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın Təhlükəsizlik Şurasında bir hesabat təqdim etməsi və hələ müharibənin dördüncü günündə hərbi əməliyyatları dayandırmağı təklif etməsi ilə bağlı sualı da cavablandırmayıb. Əvəzində o, "Baş qərargah rəisi məndən xəbərsiz heç bir hesabat təqdim edə bilməz" deyib.


Etiketlər:  Tonoyan İskəndərlə bağlı sualdan qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ