Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 14:18
Neftçalada iki məktəblinin bir neçə şəxs tərəfindən zorlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov Oxu24.com-a bildirib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi özünə məxsus səhifədə məlumat paylaşaraq iddia edib ki, Neftçala rayonunda 2 azyaşlı qıza qarşı təcavüz olub:
"Vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılaraq toplanmış materiallar rayon prokurorluğuna göndərilib".
Z.Hüseynov qeyd edib ki, V.Nağının iddia etdiyi ikinci halla bağlı isə bu günə qədər Rayon polis Şöbəsinə heç bir şikayət daxil olmayıb. Amma bununla belə o iddia da hazırda araşdırılır.