Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 15:48
Evdə hərəkətsiz qaldığımız müddətdə artıq çəki alma riski artmağa başlayır. Bun görə də yeməyi vaxtında yemək və təbii qidalara üstünlük vermək lazımdır. Belə olmadığı təqdirdə çəki artır bu da orqanizmin fəaliyyətinə mənfi təsir edən piylənməyə gətirib çıxarır. Ona görə də, arıqlayan zaman mütləq müəyyən qaydalara əməl etmək lazımdır.
Sonxeber.net Axşam.az-a istinadən, həmin qaydaları təqdim edir:
1.Təbii qidalar qəbul edin. Ehtiyacınızı ödəyəcək qədər yeyin. Həddindən artıq az ya da çox yemək insan səhhətində müəyyən problemlərə səbəb olur.
2. Yavaş-yavaş və yaxşı çeynəyərək yeyin. Belə olan halda mədə həzm funksiyasını normal yerinə yetirəcək.
3. Yeməklərinizi doyana qədər yeyin. Çalışın sonra əlavə qidalar qəbul etməyəsiniz.
4. Gündə 1,5-3 litr su için.
5. İdman edərək çoxlu enerji sərf edin. Bu enerji artıq piylərin aradan qaldırılmasına kömək edir.
6. Tərəvəz, meyvə və qoz-fındıqdan mütəmadi olaraq istifadə edin.
7. Köhnə qidalardan çəkinin. İki ya da üç gün qalan yeməklər orqanizm üçün zərərlidir.
8. Pozitiv olun. Özünüzü sevin.Gərginlik və stressdən uzaq durun.