Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Acer” və “ASUS” noutbukları bahalaşacaq

“Acer” və “ASUS” noutbukları bahalaşacaq

Tarix: 4 Aprel 2021 21:16

"Acer" və "ASUS" şirkətləri növbəti rübdə portativ kompüterlərin qiymətini qaldıracaq. Gözlənilən bahalaşma bir neçə amillə izah olunur.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, onlardan biri elektron komponent hissələrinin çatışmazlığıdır. Prosessor və digər yarımkeçirici komponentlərin çatışmazlığı smartfon və kompüterlərdən tutmuş, televizor və avtomobillərədək bazarın müxtəlif sektorlarına şamil edilib.

Bahalaşmaya daha bir səbəb pandemiyaya görə noutbuklara yüksək tələbatla əlaqədardır. Şirkət əməkdaşlarının, tələbələrin, məktəblilərin distansiyalı işə və tədrisə kütləvi şəkildə keçməsi əlavə kompüter texnikasına tələbatı kəskin artırıb.

Məlumata görə, "Acer" və "ASUS" noutbukları yaxın aylar ərzində 10 faiz bahalaşa bilər. Dünya noutbuklar bazarının digər oyunçularının da bu şirkətlərdən nümunə götürəcəyi gözlənilir.


Etiketlər:  Acer ASUS noutbukları bahalaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ