Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 22:48
Ötən il "Google" şirkəti bütün istifadəçilər üçün "Meet" videokonfranslar xidmətinə pulsuz və limitsiz giriş imkanı yaratmışdı. Əvvəlcə şirkət 2020-ci ilin payızında xidmətdən istifadənin standart şərtlərini tətbiq etməyi planlaşdırırdı. Lakin "Meet" xidmətindən pulsuz istifadə 31 mart 2021-ci il tarixinədək uzadıldı, indi isə bu müddətin 30 iyunadək davam edəcəyi məlum olub.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, internet nəhəngi koronavirus pandemiyasının artması fonunda "Gmail" hesabı olan bütün istifadəçilərin "Meet" xidmətindən pulsuz istifadəsi ilə bağlı qərar qəbul etmişdi. Bu zaman dünyada bir çox insanlar distant rejimdə işləmək və oxumaq məcburiyyətində idilər, yaxın insanlarla şəxsi əlaqələr isə məhdud idi. Bu səbəbdən iş proseslərinin qurulmasına, təhsil almağa və ya sadəcə, ünsiyyət saxlamağa imkan verən videokonfrans xidmətlərinə böyük zərurət yarandı. "Google" şirkəti "Meet" videokonfranslar xidmətində zənglər üçün 60 dəqiqəlik məhdudiyyəti aradan qaldırmaqla öz xidmətini xeyli populyarlaşdırmağa nail oldu.