Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 12:15
Türkiyənin pop ulduzu Hadisə uzun illərdir ona qarşı aparılan linç kampaniyalarından danışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, siması olduğu "L'Officiel Turkiye" jurnalına açıqlamasında bildirib. Müğənni qeyd edib ki, qadınlar tərəfindən nifrət dolu mesajlara məruz qalır:
"Mən linçlərə ən ağır şəkildə məruz qalan şəxsəm. Kök və "Roberto Karlos ayaqlı" olduğumu dedilər. Hətta çox arıqladığımı, çox çirkinləşdiyimi, milçəyə bənzədiyimi söylədilər. Mənə demədikləri söz qalmadı. Hamısını yaşadım. Kədərli tərəfi odur ki, bu nifrəti mənə qusanların əksəriyyəti qadınlardır".