Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2021 20:18
Statistikaya görə, son günlərdə gənclər arasında yoluxma sayı artıb.
Sonxeber.net xəbər verir ki, həkim professor Mustafa Necmi İlhan bunun əsas səbəbini açıqlayıb:
"Son günlər 20 və 60 yaş arasında insanlar arasında daha çox yoluxma hallarına rast gəlinir. Bəs nə üçün gənclər daha çox yoluxur? Çünki, 65 yaşdan yuxarı insanlar vaksinasiya olunduğu üçün onların yoluxma halları azalıb. Eyni zamanda, bu insanlar evdədirlər, demək olar ki, çölə çıxmırlar. Amma 20-60 yaş arasındakılar daha çox gəzirlər, çöldə vaxt keçirirlər. Bunlara mutant virusunu da əlavə etsək, yoluxma sayının niyə artdığını anlamaq olar. İnsanlar nə qədər çox qapalı məkanlarda bir araya gələrsə, virusun yoluxma riskidə o qədər yüksək olar. Yoluxmanın qarşısını almaq üçün tədbirlər görülməlidir. Maskanı iki və ya tək taxmaq arasında fərq var. Önəmli olan maskadan düzgün istifadə etməkdir. Bir vətəndaş ictimai nəqliyyatla işə gedib-gəlirsə, ya da girdiyi marketdə çox insan varsa, cüt maska taxa bilər. Bununla bərabər artıq yaz gəlir. Qapalı məkanları havalandırmaq lazımdır. Bu çox önəmlidir. Evlərimizi, iş yerlərimizi, sosial məkanları havalandırmaq lazımdır". /medicina.az